Akademik təqvim

Akademik təqvim — bir tədris ili ərzində keçirilən bütün təhsil, elmi və inzibati fəaliyyətlərini planlaşdıran rəsmi sənəddir. 

Hər tədris ilinin əvvəlində UNEC-in  rəsmi  internet səhifəsində akademik təqvim elan olunur. Bu təqvim universitet rəhbərliyi

tərəfindən hazırlanır və ümumilikdə tələbələr, müəllimlər və digər universitet heyəti üçün istiqamətləndirici rol oynayır.

Akademik təqvim aşağıdakı məlumatları ehtiva edir:

  • - fərdi tədris planlarının tərtib edilməsi və dəyişikliklərin tarixləri;
  • - semestrin başlama və bitmə tarixləri;
  • - təhsil haqlarının ödənməsi tarixləri;
  • - sərbəst iş və layihələrin təqdim edilməsi tarixləri;

*

  • - ara və yekun imtahanların tarixləri;
  • - tələbələrin təcrübələrinin başlanma və bitmə tarixləri;
  • - Yekun Dövlət Attestasiyasının tarixləri;
  • - yay semestrinin başlama və bitmə tarixləri və s.