“Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Xəbərləri” jurnalı Azərbaycan Dövlət İqtisad Universitetinin AR Ədliyyə Nazirliyinə 12 oktyabr 2012-ci ildə müraciəti əsasında 16 noyabr 2012-ci ildə
Mətbu nəşrlərin reyestrinə daxil edilmişdir.
“İqtisad elmləri: nəzəriyyə və praktika” jurnalı UNEC-in təsisçiliyi ilə 1994-cü ildən nəşr olunur. 2025-ci ildə UNEC elmi fəaliyyət sahəsində növbəti mühüm uğura imza atıb. "Journal of Economic Sciences: Theory and Practice" jurnalı nüfuzlu SCOPUS elmi bazasında indekslənib.
“UNEC Journal of Engineering and Applied Sciences” jurnalının ilk nömrəsi 2022-ci ilin yanvarında çapdan çıxıb. Jurnalda dərc edilmiş məqalələrlə rəsmi web səhifəsindən (www.unec-jeas.com) tanış ola bilərlər.
“UNEC Expert” jurnalı UNEC-in yeni nəsil elmi-analitik jurnallarından biridir. Bu jurnal ənənəvi akademik yanaşmalardan fərqli olaraq, daha çox analitik təhlillərə, praktik iqtisadi nəticələrə və aktual iqtisadi məsələlərin ekspert dəyərləndirməsinə əsaslanır.