UNEC-in Elmi Şurasının 29.02.2016-cı il tarixli qərarının icrasını təmin etmək məqsədilə 14.07.2016-cı il tarixində UNEC-də Rus dilində Tədris Mərkəzi yaradılmışdır. 22.05.2017-ci il tarixdən mərkəzin adı dəyişilərək Rus İqtisad Məktəbi adlanır. Məktəbin yaradılmasında məqsəd rusdilli təhsil məkanına inteqrasiya edərək, bu məkanın üstünlüklərindən bəhrələnməklə yanaşı, həm də rusdilli əcnəbi tələbələri UNEC-ə cəlb etməkdir. Eyni zamanda rus dilində iqtisadi təhsili təcrübəyə yönəltmək qarşıya məqsəd kimi qoyulub. Buna görə də RİM-də daha çox təcrübəyönümlü tədris planı əsasında yüksək ixtisaslı iqtisadçı kadrların yetişdirilməsi həyata keçirilir.
*
2024-cü ildə fakültəyə Maliyyə, Mühasibat, İqtisadiyyat, Ekologiya, Sosial iş, Beynəlxalq ticarət və logistika, Biznesin idarə edilməsi, Menecment, Marketinq, Beynəlxalq münasibətlər ixtisasları üzrə 381 tələbə qəbul olub. Fakültə üzrə ən yüksək nəticə Maliyyə ixtisası üzrə 612 bal olub. Hazırda fakültədə 1500 tələbə təhsil alır. UNEC-in iqtisadyönümlü bütün ixtisasların rus bölmələri Rus İqtisad Məktəbində toplaşıb. Rus İqtisad Məktəbində 10 ixtisas üzrə ən yüksək səviyyədə kadr hazırlığı həyata keçirilir. Ancaq bakalavr pilləsində əyani təhsil alan tələbələr Rus İqtisad Məktəbində oxuyurlar. Texnologiya və dizayn fakültəsi ilə Əmtəəşünaslıq fakültəsinin rus bölməsində təhsil alan tələbələr təhsillərini öz fakültələrinin tərkibində davam etdirirlər. Fakültəyə i.e.n., dos. Mənsur Barxudarov rəhbərlik edir.
*
Fakültə üzrə təhkim edilən kafedra: "Tətbiqi iqtisadiyyat"
Fakültə üzrə maksimum bal
Fakültə üzrə tələbə sayı
2024-də fakültəyə qəbul olunan tələbə sayı