İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu

Yadulla Həsənli

İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru, i.e.d., prof.

İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu (İAETİ) ölkənin iqtisadi inkişafı, iqtisadi siyasətin təhlili və elmi əsaslandırılmış təkliflərin hazırlanması sahəsində tədqiqatlar aparan elmi mərkəzlərdən biridir.

Azərbaycan Dövlət İqtisad Unversitetinin nəzdində  İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 senyabr 2009-cu il tarixli 137

nömrəli qərarı ilə yaradılmışdır. İnstitutun yaradılmasının əsas məqsədi – aparıcı milli iqtisadçı alimlərin cəmləşdiyi

Azərbaycan Dövlət İqtisad Universitetinin  elmi kadr potensialının, milli iqisadiyyatımızın aktual problemləri, o cümlədən davamlı, dayanıqlı və tarazlı inkişaf  problemləri, həmçinin  makroiqtisadi tənzimləmə, sosial  və regional inkişafın sürətləndirilməsi və s. məsələləri öyrənməkdir.

İAETİ-nin məqsədilərinə aiddir: iqtisadiyyat sahəsində elmi araşdırmalar aparmaq; dövlət və özəl sektor üçün analitik

hesabatlar hazırlamaq; akademik və praktik səviyyədə elmi

biliklərin inteqrasiyasını təmin etmək. 

İnstitutun əsas fəaliyyət istiqamətlərinə aiddir: milli iqtisadiyyatın inkişafı üzrə strateji araşdırmalar; makro və mikroiqtisadi tədqiqatlar; sektorlar üzrə iqtisadi təhlillər; tədqiqat layihələri və qrantlar; gənc tədqiqatçıların hazırlanması və s.

2011-ci ildən UNEC İEAETİ nəzdində iqtisad elmləri sahəsində fəlsəfə doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının FD 1.11 qeydiyyat nömrəli Dissertasiya şurası fəaliyyət göstərir. 

2018-ci ildən etibarən “Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Xəbərləri” jurnalı UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun bilavasitə iştirakı ilə nəşr edilir. UNEC İAETİ-də rüblük informasiya-analitik bülletenin buraxılışına 2024-cü ildən start verilmişdir.

Ünvan: Bakı, İstiqlaliyyət küçəsi, 6 (I korpus)

Telefon: +(994) 12 492-78-70; 18-46 (daxili: 1117)