“Humanitar fənlər” kafedrasının müdiri, tar.e.d., prof.
Kafedranın əsas məqsədi tələbələrdə humanitar düşüncə tərzini formalaşdırmaq, eyni zamanda humanitar sahədə elmi-tədqiqat və maarifləndirici fəaliyyətləri həyata keçirməkdir.
UNEC-in Elmi Şurasının 18.09.2015-ci il tarixli qərarının icrasını təmin etmək məqsədilə “Azərbaycan tarixi”, “Fəlsəfə” və “Politologiya” kafedralarının bazasında 13.07.2016-cı il tarixdən “Humanitar fənlər” kafedrası yaradılmışdır.
Kafedranın elmi-tədqiqat fəaliyyəti: Humanitar elmlərin müxtəlif sahələrində (fəlsəfə, mədəniyyət, cəmiyyət, tarix və s.) elmi tədqiqatlar aparmaq; Beynəlxalq və yerli elmi konfrans, seminar və layihələrdə iştirak etmək; Maarifləndirici tədbirlər, dəyirmi masalar və elmi müzakirələr təşkil etmək.