Xatirə  Məhərrəmova

Xatirə Məhərrəmova

رابط Avesis
Bakı, H.Əliyev küçısi, 135 (UNEC II Tədris korpusu)
492-59-03 (12 18)
Məhərrəmova Xatirə Cahangir qızı 1965-ci il sentyabrın 15-də Bakıda anadan olub.
1982-ci ildə Bakı şəhəri 20 №-li məktəbi bitirib.
1982-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Geoloji-Coğrafiya fakültəsinə qəbul olunub.
1987-ci ildə universiteti coğrafiyaçı müəllim ixtisası üzrə bitirib.
1987-ci ildən Azərbaycan Dövlət Plan Komitəsi nəzdində Elmi-Tədqiqat İnstitututunda böyük labobrant, kiçik elmi işçi.
2002-ci ildən Azərbaycan Dövlət Universitetinin «Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı» kafedrasında böyük laborant, 02.02.2011-ci ildən müəllim, 01.02.2013-cü ildən 0,5 ştatda baş müəllim vəzifəsində işləmişdir..
2008-ci ilin yanvar ayının 24-də AMEA-nın Coğrafiya İnstitutunda akademik B.Budaqovun rəhbərliyi «Azərbaycanda baş verən dağıdıcı hidrometeoroloji hadisələrin təsiri» mövzusunda dissertasiya işini müdafiə edib.
2009-cu il fevralın 10-da Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə (protokol № 07)  coğrafiya elmləri namizədi alimlik dərəcəsi  verilib.
Hazırda “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının baş müəllimidir.