Poliklinikanın əsas vəzifələri xəstəliklərin erkən diaqnostikası və profilaktikası, hər il tələbələrin dispanserizasiyasının aparılması,
sağlam həyat tərzinin təbliğatı təşkil edir.
Hazırda ölkəmizdə tələbələrin sağlamlığının qorunması və möhkəmləndirilməsi böyük tibbi-sosial və ictimai əhəmiyyət kəsb edir. Bütün ATM-də (Ali Tədris Müəssisələri), o cümlədən UNEC-də tələbə poliklinikası fəaliyyət göstərirlər. Poliklinikanın əsas vəzifələrindən birini xəstəliklərin erkən diaqnostikası və profilaktikası, sağlam həyat tərzinin təbliğatı təşkil edir.
Son illər ərzində tələbələrdə bir sıra xəsəliklər – yaxındangörmə, duruşun pozulması, skolioz, osteoxondroz, neyro-damar distoniyası, asteno-nevrotik pozğunluqlar, mübadilə pozğunluqları kimi patoloji halların və xəstəliklərin artmasına gətirib çıxarıb. Buna səbəb baxışın gərginləşməsi azhərəkətli statik gərginlik, qidalanmanın az, qeyri-müntəzəm və balanslaşdırılmamış olması, yuxu və istirahət rejiminin pozulmasıdır.
Poliklinikanın ən vacib vəzifəsi hər il tələbələrin dispanserizasiyasının aparılmasıdır. Əsas məqsədi əlilliyə, vaxtından əvvəl ölümə gətirib çıxaran qeyri-infeksion xəstəliklərin aşkar edilməsidir. Profilaktik tədbirlər, xəstəliklərin erkən aşkarlanması, vaxtında və düzgün diaqnostika xroniki qeyri-infeksion xəstəliklərin əmələgəlmə səbəblərini, artıq belə xəstəliklərdən əziyyət çəkən şəxslərdə isə xəstəliyin gedişatının ağırlıq dərəcəsini aşağı salmağa imkan yaradır.
Poliklinikaya hər gün universitetin müəllim və işçi heyəti tibbi yardım üçün poliklinikalara müraciət edir və onlara uyğun yardım göstərilir. Hazırda Elektron Səhiyyə proqramı işlənilib həyata keçirilir: tələbələrin elektron kartlarının təşkili; online həkim məsləhətləri və həkim qəbuluna yazılma; korpuslar arasında əlaqə; təhkim olunmuş kontingentin elektron bazasının yaradılması və s.
Poliklinikanın statusu
Formal olaraq tələbə poliklinikaları Bakı şəhərinin Baş Səhiyyə idarəsinə tabedirlər və hüquqi olaraq ATM–nə heç bir aidiyyatı yoxdur.
Eyni zamanda poliklinikalar ATM-nin binalarında yerləşirlər.