UNEC Tədqiqat Fondu

Page Image

UNEC Tədqiqat Fondu  müasir cəmiyyəti maraqlandıran sahələrdə tədqiqatlar təşkil edən elmi-tədqiqat və ekspert mərkəzidir.

UNEC Tədqiqat Fondu Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində, 30 iyun 2017 il tarixində yaradılıb.

Fondun fəaliyyəti, həmçinin, ekspertizaların həyata keçirilməsini, məsləhət xidmətlərinin göstərilməsini, forsaytinq və proqnozlaşdırmanı, profil tədbirlərinin təşkilini də əhatə edir.

Fondun missiyası – həyata keçirilən tədqiqatları dəstəkləmək və səmərəliliyini artırmaq, müvafiq layihələri təhlil etmək, qiymətlən-dirmək və təkliflər hazırlamaq, həmçinin ölkənin dayanıqlı inkişafına töhfə verəcək araşdırmalar aparmaq, elmi potensialdan yararlanaraq fondun maliyyə göstəricilərini yüksəltməklə elmi və texnoloji yenilikləri stimullaşdırmaqdır.

Fondun uzunmüddətli vizyonu – geniş spektrli tədqiqatların aparılması yolu ilə əldə olunan informasiyanın cəmiyyətə, dövlət və özəl sektora transformasiyasını təmin etmək, mövcud potensialın dəyərləndirilməsi ilə davamlı iqtisadi inkişafa nail olmaqdır.

Fondun qısamüddətli vizyonu – zəruri araşdırmaların dəstəklənməsi və davamlılığının qorunması, ölkədə elmi və texnoloji yeniliklərə nail olmaq, informasiyaların səmərəli idarə edilməsinə xidmət göstərmək, həmçinin tədqiqat sahələrinin genişləndirilməsi, effektiv nəticənin alınmasını stimullaşdırmaqdır.

الشركاء