Fəridə  Qurbanova

Fəridə Qurbanova

Avesis link
Bakı, H.Əliyev küçısi, 135 (UNEC II Tədris korpusu)
492-59-03 (12 18)
Qurbanova Fəridə Əhməd qızı 1977-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun (Universitet) «Xalq təsərrüfatının planlaşdırılması» fakültəsini bitirmişdir.
2000-ci ildə “Bazar iqtisadiyyatı şəraitində mənzil-kommunal təsərrüfatının inkişafını sosial-iqtisadi problemləri” mövzusunda iqtisad elmləri alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 
2000-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya komissiyası tərəfindən iqtisad elmləri namizədi diplomunu almışdır.
İş fəaliyyətinə Azərbaycan Dövlət İqtisad İnstitutunda başlamış (laborant, baş laborant, kiçik elmi işçı,aparıcı elmi işçi,müəllim, baş müəllim və dosent vəzifəsinə kimi ucalmışdır).
2000-ci ildən “Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi” kafedrasında müəllim işləmişdir. 
2006-cı il tarixində baş müəllim vəzifəsinə seçilmişdir. 2014-cü ilin yanvarında dosent vəzifəsinə seçilmişdir.
Hazırda “Əhaliyə pullu xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” fənni üzrə dərslik üzərində işləyir.
“İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosentidir.
1994-2014-cü illər ərzində 22 elmi və metodiki əsərin, o cümlədən 3 monoqrafiya, proqram və metodiki vəsaitin  müəllifidir.
2000-ci ildə “Bazar iqtisadiyyatı şəraitində mənzil kommunal təsərrüfatı sahələrinin inkişaf problemlərininhəlli yolları”, 2006-cı ildə “Əhaliyə mənzil-kommunal xidmətinin bazar iqtisadiyyatı şəraitində transformasiyası və perspektiv inkişafı”, 2007-ci ildə isə «Трансформации экономики стран переходного периода в условиях интеграции» monoqrafiyaları çapdan çıxmışdır. 2012-ci ildə  çapdan cıxmış AR Təhsil Nazirliyinin 09.04.2012-ci il 537 saylı əmri ilə «Əhaliyə pullu xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi»fənni üzrə tədris proqramı və həmin fənnin 16.04.2012-ci il tarixli 582 saylı protokolu ilə təsdiq edilmiş metodik vəsaitin müəllifidir. 

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

Elmi əsərlər (hiperlinkli əlavələr)