Aytən   İsmayılova  Vaqif qızı

Aytən İsmayılova Vaqif qızı

Rus İqtisad Məktəbi Katibliyinin Tyutor xidməti bölməsinin rəhbəri

Ссылка Avesis

****

17 oktyabr 1981-cı ildə Bakı şəhərində  anadan olmuşdur.

1998-2002-ci illərdə Qərb Universitetinin «Dilşünaslıq» fakültəsinin “Tərcümə” (İngilis dili) ixtisası üzrə bakalavr dərəcəsi almışdır.

2003-2005-ci illərdə Azərbaycan Dillər Universitetinin «Dilşünaslıq» fakültəsinin “Tərcümə” (İngilis dili) ixtisası üzrə magistr dərəcəsi almışdır.

2004-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Xarici dillər-1” kafedrasının böyük laborantı vəzifəsində işləmişdir.

2014-ci ildən 2017-ci ilə qədər Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyat” fakültəsində, 2017-ci ildən 2021-ci ilə qədər Azərbaycan Dövlət İqtisad Universitetinin Rus iqtisad məktəbinin tyutor vəzfəsində işləmişdir.

 

2021-ci ildən isə hal-hazırki vaxta qədər UNEC Rus iqtisad məktəbi Katibliyinin Tyutor xidməti bölməsinin rəhbəri vəzifəsində işləyir.

   “Business English” və “English on Economics” kitablarını kommunikativ və interaktiv metodlarla istifadə edilməsi üçün Power Point proqramında hazırlanması  “English for Economist”, “A course in English for Students of economics”, “İqtisadçılar üçün İngilis dili” və bir çox kitabların kompyuter yığımı.

 

      4 elmi məqalənin, 3 tezisin müəllifidir.

SERTİFİKATLAR

2006-2007-ci ildə The Fund of Aid for Youth təşkilatından “English language Conversation Course” sertifikatı almışdır.

2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin rektorunun 27/3 saylı əmrinə əsasən Yaxşı işçi kimi “Təşəkkürnamə” ilə təltif olunmuşdur.

2019-cu ildə UNEC “Tyutor hazırlığı” proqramını fərqlənmə ilə bitirmişdir.

2020-ci ildə UNEC-də təşkil olunan “Proktor sertifikat proqramını” müvəffəqiyyətlə başa vurmuşdur.

 

2022-ci ildə Soft Skills Program – Time Management, Teamwork, Communication, Problem Solving.