Bakı, H.Əliyev küçısi, 135 (UNEC II Tədris korpusu)
492-59-03 (12 18)
 Eminov Fərhad Bayram oğlu 28 iyul 1953-c ildə Gürcüstan Respublikasının Marneul rayonunun Qaçağan kəndində anadan olmuşdur.
1971-ci ildə orta məktəbi bitirmişdir.
1971-1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Balı Dövlət Universiteti) geoloji-coğrafiya fakültəsində oxumuş və univeriteti bitirdikdən sonra gənc mütəxəssis kimi Azərbaycan Milli elmlər Akademiyasının Coğrafiya İnstitutuna göndərilmişdir.
1979-1983-cü illərdə qiyabi aspiranturada təhsil almış, 1987-ci ildə namizədlik dissretasiyasını müdafiə edərək coğrafiya elmləri namizədi elmi dərəcəsini  almışdır.
1976-1989-cu illərdə Azərbyacan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunda müxtəlif vəzifələrdə çalışmışdır.
1989-1992-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsinin Elmi-tədqiqat iqtisadiyyat institutunda baş elmi işçi vəzifəsində çalışmışdır.
1992-2001-ci illərdə Azərbaycan Dövlət Planlaşdırma və İqtisadiyyat Komitəsində, Nazirlər Kabinetində və İqtisadiyyat Nazirliyində aparatın rəhbəri,  baş nazirin köməkçisi və şöbə rəisinin müavini vəzifəsində çalışmışdır.
2009-2012-ci illərdə Ümumi iqtisadiyyat fakültəsində dekan müavini vəzifəsində çalışıb.
2001-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi coğrafiya” kafedrasında, sonra  isə “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasında baş müəllim  vəzifəsində çalışmışdır.
Hazırda “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosentidir.
Ailəlidir, iki övladı var.