Pərviz Səmədov Həbib
"İqtisadiyyat və İdarəetmə" fakültəsinin katibi
                                        Bakı, Həsən Əliyev küçəsi, 135 (II Tədris binası)
parviz.samadov@unec.edu.az
+994 012-564-37-06
                                parviz.samadov@unec.edu.az
+994 012-564-37-06
                                        Səmədov Pərviz Həbib oğlu 1975-ci ildə İrəvan xanlığının Göyçə mahalının Basarkeçər rayonunda (indiki Ermənistanın Vardenis rayonunda) ziyalı ailəsində anadan olub.
1981-ci ildə həmin rayonun Zərkənd orta məktəbində təhsilə başlasa da, erməni sürgünü nəticəsində təhsilini burada başa vura bilməyib.
Natamam orta təhsilini Kəlbəcər, Krım, Tərtər rayonlarında davam etdirib. Bakı şəhəri, 57 nömrəli məktəbi fərqlənmə şəhadətnaməsi ilə qurtarıb, Azərbaycan Dövlət Tibb Universitetinin kimya-biologiya təmayüllü Respublika baza liseyinə daxil olmuş və müvəffəqiyyətlə bitirmişdir.
1992-ci ildə YÖS imtahanı ilə İstanbul Universiteti hüquq fakültəsinə və Hacəttəpə Universiteti sosiologiya bölümünə daxil olmuşdur.
1992-1993-cü illərdə Ankara Universitetini TÖMER-i qurtarmış, 1997-ci ildə Hacəttəpə Universitetindən sosioloq ünvanını almışdır..
Magistratura təhsilini isə həmin universitetin Beynəlxalq əlaqələr fakültəsində alaraq, 1999-2002-ci ildə məzun olub.
2002-2006-cı ildə Ankara Dövlət Universiteti Siyasət Bilimi Beynəlxalq Əlaqələr Fakültəsini Doktorluq dərs proqramını müvəffəqiyyətlə qurtarıb və “Qarabağ müharibəsi və Erməni terroru” mövzusunda seminar müdafiəsini edib və eyni zamanda, Bakı Dövlət Universitetində də eyni ixtisas üzrə dissertant olub və 2016-cı ildə AR Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının Müdafiə Şurası tərəfindən siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyası qəbul edilib.

                                        Bakıelektrikşəbəkə Prezidentinin Ümumi və Sosial məsələlər üzrə müşaviri vəzifəsində işləyib. 
Azərbaycan Turizm Universiteti Menecmentlik kafedrasında, Dövlət idarəçiliyi və Strategiya dərsi tədris edib.
Hazırda UNEC -in “Beynəlxalq iqtisadiyyat” kafedrasının dosentidir.
UNEC-in İqtisadiyyat fakültəsinin katibidir. Türk dünyası izləmə mərkəzinin siyasi ekspertidir.

Türkiyədə 3 kitabı yayımlanmışdır. Azərbaycan və digər ölkələrdə 30-dan çox elmi əsəri çap edilmişdir.
                                        Siyasi elmlər üzrə fəlsəfə doktoru Pərviz Həbib oğlu Səmədov, Azərbaycan Respublikası, Elm və Təhsil Nazirliyinin “İlin qabaqcıl müəllimi” fəxri fərmanına layiq görülüb,Türkiyə Respublikasının müxtəlif qurumlarından “Türk dünysına xidmət” mükafatları ilə təltif edilib.