Göyçay rayon Mərkəzi kitabxanasında iş fəaliyyətinə başlamış, orada Vahid Kitabxana şöbəsinin müdiri vəzifəsində çalışmışdır,
1980-ci ildən Azərbaycan Respublikası Dəmiryol Həmkarlar İttifaqının Dəmiryol Mərkəzi Kitabxanasında Səyyar kitabxana şöbəsinin müdiri, daha sonra isə Metodika-biblioqrafiya şöbəsinin müdiri vəzifələrində çalışmışdır,
1986-cı ildən Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun kitabxanasında böyük kitabxanaçı vəzifəsində çalışmışdır,
Daha sonra həmin institutun Tədris şöbəsinin baş metodisti vəzifəsində işləmişdir,
2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində UNEC Kitabxana-İnformasiya mərkəzinin kitabxanaçısı (1 saylı oxu zalı) vəzifəsində çalışır.
Əmək veteranıdır.