2008-ci ildən UNEC Türk Dünyası İşlətmə Fakültəsində Tələbə İşləri Departamentində mütəxəssis, idarə heyətinin üzvi vəzifəsində çalışmış, eyni zamanda “İnsan Resurslarının İdarəedilməsi”, “Stratejik İdarəetmə“, “Keyfiyyətin İdarəedilməsi”, “Biznesin İdarəedilməsi” və “Müasir İdarəetmə Nəzəriyyələri” fənnlərini tədris etmişdir.
2010-cu ildən Türk Dünyası İşlətmə Fakültəsində Tələbə İşləri Departamentində müdir vəzifəsini icra etmişdir. 2012-ci ildən UNEC-də “Mevlana Programının” koordinatoru, 2014-cü il aprelindən oktyabr 1-nə kimi Magistratura Mərkəzində direktor müavini vəzifəsində çalışmışdır.
1 oktyabr 2014-cü il tarixindən 2021-ci ilin avqustuna kimi Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarəedilməsi Mərkəzinin direktoru vəzifəsini yerinə yetirib.
2021-2025 -ci illərdə UNEC-in Rəqəmsallaşma üzrə prorektor vəzifəsində işləmişdir.
2023-cü ildən UNEC-in Zaqatala filialının direktorudur.