Bulud  Sаdıqоv

Bulud Sаdıqоv

Avesis链接
Bakı, H.Əliyev küçısi, 135 (UNEC II Tədris korpusu)
telefon: 492-59-03 (12 18)
Sаdıqоv Bulud Cahangir oğlu 1962-ci il iyulun 1-də Gürcüstan Respublikasının Bolnisi rayonunun Saraclı kəndində anadan olmuşdur.
1979-cu ildə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsinə daxil olmuşdur.
1983-cü ildə həmin fakültəsinin Kənd təsərrüfatı müəssisələrində mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.

1989-cu ildə Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyatı və Təşkili İnstitutunun aspiranturasına daxil olmuşdur.
1992-ci ildə «Kənd Təsərrüfatı müəssisələrinin iqtisadi səmərəliliyinin yüksəldilməsi məsələləri» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.
1996-cı ildən «Qiymət» kafedrasının əməkdaşıdır.
2004-cü ildən «Qiymət və qiymətləndirmə» kafedrasının dosenti, 2018-ci ildən isə “Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi” kafedrasının dosenti işləyib. Hazırda “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosentidir.
Ailəlidir, iki övladı var.
60-a yaxın məqalənin, 22 proqramın müəllifidir. 2000-ci ildə nəşr olunmuş «Qiymətin əmələ gəlməsi» adlı dərsliyin müəlliflərindən biridir. 2004-cü ildə nəşr olunmuş «Qiymət və qiymətlənrin formalaşması metodologiyası» adlı metodik vəsaitin müəllifidir.
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI
06 oktyabr 2017-ci ildə uzun müddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə görə UNEC-in “Fəxri Fərmanı” ilə təltif edilib.