Həsənli Mirələm Xası oğlu 1947-ci ilin iyul ayının 12-də Cəlilabad rayonunun Alıqasımlı kəndində anadan olub.
1965-ci ildə 1 saylı Cəlilabad şəhər orta məktəbi əla qiymətlərlə bitirib.
1970-ci ildə M.Əzizibəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun Neft mexanikası fakültəsini-mühəndis mexanik ixtisası üzrə;
1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-kredit fakultəsini-iqtisadçı ixtisası üzrə;
1999-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakultəsini-hüquqşünas ixtisası üzrə bitiribr.
1990-cı ildə N.A.Voznesenski adına Sankt-Peterburq Dövlət Maliyyə İqtisad Universitetinin Bakı filialının aspiranturasını bitirdikdən sonra MDB ölkələrində ilk dəfə «Keçid iqtisadiyyatlı ölkələrdə vergi sisteminin formalaşması» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1997-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq Dövlət Maliyyə-İqtisad Universitetinin doktoranturasını bitirdikdən sonra, iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün doktorluq dissertasiya müdafiə edib.
1999-cu ildə AR Prezidenti yanında Dövlət Ali Attestasiya Komissiyası tərəfindən təkrar attestasiyadan keçirilərək ölkəmizin doktorluq diplomu verilib.
1993-cü ildən elmi-pedaqoji fəaliyyətlə məşğuldur. 2000-ci ildən İqtisad Universitetinin “Maliyyə” kafedrasının ilk elmlər doktoru, professorudur.