Kafedranın əsas məqsədi maliyyə və audit sahəsində müasir bilik və bacarıqlara malik, analitik düşüncəli, milli və beynəlxalq standartlara uyğun peşəkar kadrlar hazırlamaq, eləcə də bu sahələrdə elmi-tədqiqat və praktiki fəaliyyətin inkişafını təmin etməkdir.
UNEC-in Elmi Şurasının 16 sentyabr 2022-ci il tarixli qərarı ilə “Maliyyə və maliyyə institutlari” kafedrasi ilə “Muhasibat uçotu və audit ” kafedrası birləşdirilərək “Maliyyə və audit” kafedrası yaradılmişdir. Kafedranın nəzdində fəaliyyət göstərən «Maliyyə» laboratoriyası kafedranin elmi-nəzəri potensialının praktika ilə əlaqələndirilməsi işini uğurla həyata keçirir. “Maliyyə və audit” kafedrasınin vəzifələrinə aiddir: tədrisin keyfiyyətinin və şəffaflığının
yüksəldilməsi üçün tələbə-müəllim münasibətlərinin müasir dövrün tələbləri səviyyəsində təşkil etmək; əməkdaşların peşəkarlıq və elmi səviyyələrinin daim yüksəldilməsi istiqamətində işlər aparmaq; beynəlxalq indeksli jurnallarda məqalələrin dərc olunması, beynəlxalq və respublika əhəmiyyətli elmi-praktiki tədbirlərdə fəal iştirak etmək; yeni dərsliklər və dərs vəsaitlərinin hazırlanması və tərcümə edilməsi və s.