1981-ci ildə Michael Bloomberg tərəfindən New-Yorkda əsası qoyulan Bloomberg L.P. bugün maliyyə xidmətləri, məlumat bazası və süni intellekt vasitəsi ilə dünyada öz liderlerliyini qorumaqdadır. Dünyanın 120-dən çox ölkəsində 19000-dən çox işçi və maliyyə analitik ilə Bloomberg anlıq olaraq qlobal sferada baş verənləri və hadisələrin maliyyə bazarlarına necə təsir edəcəyi ilə bağlı məlumatları bölüşür. Şirkət istifadəçilərinə öz terminalları ilə bu maliyyə bazarlarına girişi təmin edərək, müvafiq sahədə geniş məlumat bazasına çıxış imkanı verir. Bloomberg eyni zamanda Qafqazda ilk dəfə Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlıq edərək öz terminallarını Universitetin tələbə və əməkdaşları üçün əlçatan etmişdir.