UNEC İqtisadi Klinika Tədqiqat Mərkəzi

İqtisadi Klinika Mərkəzi davamlı inkişaf məqsədləri çərçivəsində enerji və ətraf mühitin iqtisadi və sosial aspektləri üzrə tədqiqatlar aparır. 

İqtisadi klinika UNEC Tədqiqat Mərkəzi UNEC-in Elmi Şurasının 27 fevral 2018-ci il tarixli iclasının Qərarına görə UNEC rektorunun əmrinə əsasən yaradılıb. UNEC Rektorunun 08.02.2024 tarixli əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik Türkiyənin Osmaniye Korkut Ata Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin dosenti Uğur Korkut Pata-ya həvalə edilmişdir.

Mərkəzin üzvləri Web of Science bazasında indeksləşdirilən 500-dən çox yüksək impakt faktorlu nəşrə malikdir. Bundan əlavə, mərkəzin 8 üzvündən 6-sı dünyanın ən nüfuzlu alimləri sırasına daxildir. Mərkəz üzvlərinin məqsədi enerji və ətraf mühit iqtisadiyyatı sahəsində aparılan yüksək səviyyəli elmi tədqiqatlar, layihələr və beynəlxalq əməkdaşlıqlar vasitəsilə elmi mühitə töhfə vermək və UNEC-in beynəlxalq nüfuzunu artırmaqdır.

Ünvan: UNEC-in I tədris korpusu
Əlaqə tel: +(994) 12 492-57-31
e-mail:  iktmerkezi@unec.edu.az

Komandamız

Xəbərlər

Hamısını göstər
04 noyabr 2024
UNEC-də “Ətraf mühit iqtisadiyyatında Web of Science indeksli jurnallarda məqalə yazımı” mövzusunda təlim keçirilib
17 may 2024
UNEC-də “Azərbaycan və ekoloji problemlər: COP29-a doğru” mövzusunda beynəlxalq seminar keçirilib
05 oktyabr 2023
UNEC tədqiqatçıları “Dünyanın ən nüfuzlu elm adamları” siyahısında yer alıblar