UNEC nəzdində olan kollec müəllimlərinə təlimlər keçirilib

  • 14 fevral 2025
  • 25

UNEC-in “Karyera Planlaşdırılması və İnkişafı” kafedrasının təşkilatçılığı ilə UNEC nəzdində fəaliyyət göstərən Maliyyə İqtisad Kolleci  və Sosial İqtisad Kollecinin bir qrup müəllimi üçün təlimlər keçirilib.

Təlimlər kafedranın müəllimləri Vüsalə Hüseynova və Aygün Novruzova tərəfindən keçirilib. Dərslər “Karyera planlaması”, “Yumşaq bacarıqlar” və “Sərt bacarıqlar” fənnləri üzrə müxtəlif mövzularda müəllimlər üçün metodiki biliklərin artırılması  istiqamətində  təşkil olunub.

Məqsəd, bu dərslərin tədrisini daha innovativ və öyrədici metodlarla təşkilini həyata keçirmək, bu istiqamətdə təcrübə mübadiləsi təşkil etmək olub.

Təlimlər müəllimlər tərəfindən böyük maraqla qarşılanıb.