15 fevral 1978-ci ildə anadan olub.
1999-cu ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini (bakalavr), 2001-ci ildə həmin universitetin magistratura pilləsini bitirib.
2002-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasının baş müəllimi işləməyə başlayıb.
UNEC-in “İqtisadçı” qəzetinin redaktoru vəzifəsində çalışıb.
Hazırda Rus dilində tədris mərkəzinin direktor müavinidir, “Beynəlxalq münasibətlər və diplomatiya” kafedrasının 0,5 ştat müəllimidir.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.