
İbrahim Quliyev
492-59-03 (12 18)
1992-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirmişdir.
2017-ci ildə “Aqrar istehsalın səmərəliliyinin yüksəldilməsində qiymət tənzimlənməsinin rolu” mövzusunda dissertasiya işini müdafiə edərək “iqtisad üzrə fəlsəfə doktoru” elmi dərəcəsi almışdır.
Hazırda “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosentidir.
İ.Q.Quliyev ölkəmizdə əmlakın qiymətləndirilməsi fəaliyyətinin nəzəri problemlərinin araşdırılması ilə məşğul olan az sayda tədqiqatçılardandır.
2009-cu ildə Beynəlxalq Maliyyə Korporasiyasının təşkilatçılığı ilə keçirilən sertifikatlaşdırma imtahanlarında uğur qazanaraq respublikamızda “Yaşayış təyinatlı daşınmaz əmlak obyektlərinin qiymətləndirilməsi” üzrə beynəlxalq sertifikata layiq görülən ilk mütəxəssislərdən biridir.
İ.Q.Quliyev 2008-2013-cü illərdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) rəhbərlik etmişdir.
Onun rəhbərliyi dövründə Milli Qiymətləndirmə Standartları hazırlanmış, əlaqədar dövlət orqanları tərəfindən təsdiq olunaraq, 10 yanvar 2010-cu il tarixdən qüvvəyə minmişdir. Hazırda AQC -nin İdarə Heyəti sədrinin müşaviridir.
Ailəlidir, iki övladı var.
- Azərbaycan Respublikası Dövlət Planalaşdırma və İqtisadiyyat Komitəsinin (hazırda İqtisadiyyat Nazirliyi) Elmi-Tədqiqat İqtisadiyyat İnstitutu – baş iqtisadçı (dekabr 1992-yanvar 1994)
- Azərbaycan Dövlət İqtisad İnstitutu, “Qiymətin əmələ gəlməsi” kafedrası –baş laborant, müəllim( (fevral 1994-sentyabr 2001)
- Azərbaycan Dövlət İqtisad Universitetinin “Qiymət və qiymətləndirmə” kafedrası- baş müəllim (sentyabr 2001- iyun 2019)
- Azərbaycan Dövlət İqtisad Universitetinin “Sosial inkişaf iqtisadiyyatı və qiymətləndirmə” kafedrası – baş müəllim, dosent (iyun 2019-aprel 2022)
- Azərbaycan Dövlət İqtisad Universitetinin “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrası – dosent ( aprel 2022).
İşlədiyi müddət ərzində 100-dən artıq dərslik, dərs vəsaiti, fənn proqramları, elmi məqalə və tezislərə müəlliflik və həmmüəlliflik etmişdir.
Onun yaxından iştirakı və həmmüəllifliyi ilə “Daşınmaz əmlakın qiymətləndirilməsi”(2015) və “Biznesin (müəssisənin qiymətləndirilməsi” (2015), “İnvestisiya layihələrinin qiymətləndirilməsi” (2023) adlı metodik vəsaitlər, “Dünya bazar qiymətləri”adlı dərs vəsaiti (azərbaycan və rus dillərində, 1997, 1999), “Qiymətin əmələ gəlməsi”adlı ərsliklər (2000, 2015,2019), “Tariflər sistemi”adlı dərslik (2018), “İqtisadi risklərin qiymətləndirilməsi və idarə edilməsi” (2011) və “Biznesin (müəssisənin qiymətləndirilməsi və idarə edilməsi”(2021) adlı dərs vəsaitləri işıq üzü görmüş, Tomas NEQLin “Qiymətəmələgəlmənin srtategiyası və taktikası”(2009), eləcə də D.A.Çudakovun “Qiymətlər və qiymətin əmələ gəlməsi” (2011) adlı dərslikləri rus dilindən tərcümə olunmuşdur. İ.Q.Quliyev respublikamızda “İnvestisiya layihələrinin qiymətləndirilməsi” (2020) adlı ilk dərs vəsaitinin müəllifidir.
Elmi Əsərlərinin Siyahısı