Natəvan Əliyeva

Natəvan Əliyeva

operator-kargüzar

Avesis linki
Natavan_Aliyeva@unec.edu.az
+(994) 12 492-62-15

Əliyeva Natəvan Əlikişi qızı 23 oktyabr 1978-ci ildə Bakı şəhərində anadan olub.
Orta təhsilini Abşeron rayonu M.Hüseynzadə adına 1 nömrəli tam orta məktəbdə alıb.
1996-ci ildə 11 saylı Bakı peşə liseyi (mühəndis-kalkulyator), 1999-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub.
ADİU-nin Mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsinin, İstehsalat və xidmət sahələrinin idarə edilməsi (toxuculuq və yüngül sənaye üzrə-bakalavr) ixtisasını bitirib.
2006-ci ildə MBA İqtisadiyyat və idarəetmə istiqaməti üzrə marketinq ixtisasını fərqlənmə diplomu ilə bitirib.

1998-ildən hal-hazıra kimi Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) operator-kargüzar vəzifəsində çalışır.

 

2024-ci ildə UNEC günündə universitetin həyatında fəal iştirakına görə rəhbərlik tərəfindən təşəkkürnamə ilə təltif olunub.