Səidə  Sultanlı

Səidə Sultanlı

Avesis linki
Bakı, H.Əliyev küçısi, 135 (UNEC II Tədris korpusu)
telefon: 492-59-03 (12 18)
Sultanlı Səidə İsmət qızı 4 Senyabr 1966-cı ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olub.
1973-cü ildə Bakı ş. 248 saylı orta   məktəbə daxil olub və  1983-cü ildə həmin məktəbi bitirib.
1986-cı ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə daxil olub və həmin fakültəni 1991-ci ildə bitirib.
1987-1992-ci illərdə Bakı «Gənc turistlər stansiyasında» metodist;
1994-2003-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin «İqtisadi coğrafiya və coğrafiya tədrisinin metodikası» kafedrasında  laborant vəzifəsində işləyib.
2003-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin «İqtisadi coğrafiya və Tİİ» kafedrasında baş laborant işləyib.
2004-cü ildən “Ətraf mühitinin mühafizəsi və iqtisadiyyatı” kafedrasında 0,5 vahid müəllim;
2013-cü ildən 0,5 vahid baş müəllim vəzifəsində çalışır.
008-ci ildə «Azərbaycanda turizmin inkişafının iqtisadi-coğrafi xüsusiyyətləri» mövzusunda AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda dissertasiya işini müdafiə edərək coğrafiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsini alıb.
Ailəlidir. İki övladı var.
17 elmi işin, o cümlədən 1 dərs vəsaiti və 1 monoqrafiyanın müəllifidir.