
Sevinc Məmmədova
Məmmədova Sevinc Hüseyn qızı orta təhsilini 267 nömrəli tam orta məktəbdə alıb.
1993-1996 - Bakı Dəmiryol Nəqliyyatı Texnikumunu “Mühasib” ixtisası üzrə bitirib.
1997-2001 - Azərbaycan Dövlət İqtisad İnstitutu “Təhsil, elm və sosial-mədəni sahələrin iqtisadiyyatı” ixtisası üzrə bakalavr təhsilini bitirib.
2001-2003 - Azərbaycan Dövlət İqtisad Universiteti “Təhsil, elm və sosial-mədəni sahələrin iqtisadiyyatı” ixtisası üzrə magistr təhsilini bitirib.
1997-ci ildən bu günə kimi Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) çalışır.
Hazırda Ümumi şöbənin korrektoru vəzifəsində çalışır.
Əmək fəaliyyəti dövründə müəssisə rəhbəri tərəfindən çoxlu sayda "Təşəkkürnamə" ilə təltif edilib.