Daxili audit şöbəsinin müdiri, i.f.d.
Şöbə universitetin fəaliyyətinin səmərəli, şəffaf, qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsinə nəzarət funksiyasını yerinə yetirir.
Daxili audit şöbəsi Elmi Şuranın 29.04.2014-cü il tarixli qərarı ilə yaradılmışdır. Şöbənin məqsədi daxili audit və nəzarət tədbirlərinin aparılmasına vahid yanaşmanın təmin edilməsi, universitetin strukturlarında fəaliyyət istiqamətləri üzrə aşkar edilmiş nöqsanların baş vermə şəraitinin və səbəblərinin, mövcud hüquqi və praktiki problemlərin müəyyənləşdirilməsi, onların aradan qaldırılması və
qabaqcıl təcrübənin tətbiq olunmasının işlənib hazırlanması üçün aidiyyatı üzrə təkliflərin verilməsi, əməli və metodiki köməkliyin göstərilməsi, universitetin strukturları və ayrı-ayrı əməkdaşlarının fəaliyyətindəki nöqsanlar barədə daxil olan mənbəyi bəlli məlumatların düzgünlüyünün təxirəsalınmaz qaydada yoxlanılması və nəticələri üzrə müvafiq tədbirlərin görülməsidir.
Şöbənin fəaliyyəti əsasən 5 istiqamət üzrə qurulmuşdur:
1. universitet rəhbərliyinin, habelə, qanunvericiliklə müəyyən edilmiş təşkilati-sərəncamverici sənədlərin vaxtında və lazımi səviyyədə icra edilməsi;
2. maliyyə hesablarının dəqiqliyinin və etibarlılığının yoxlanılması;
3. rəhbərliyin tapşırığı əsasında xüsusi araşdırmaların aparılması;
*
4. şöbənin fəaliyyətini reqlamentləşdirən və tətbiq etdiyi nəzarət sistemini tənzimləyən normativ metodiki bazanın formalaşdırılması və təkmilləşdirilməsi;
5. şöbəyə həvalə edilmiş tapşırıqların icrasını təmin etmək məqsədilə universitetin struktur bölmələrində monitorinqlərin keçirilməsi.
Daxili audit şöbəsinin müdiri, i.f.d.
Daxili audit şöbəsinin mütəxəssisi
operator-kargüzar
kiçik mütəxəssis
dispetçer
böyük dispetçer
böyük dispetçer
dispetçer
böyük dispetçer
operator-kargüzar
operator-kargüzar